“Kurtlar Vadisi”nin “düşünən beyni” ekranlara qayıdır

7-07-2017, 08:27           

Məşhur “Kurtlar Vadisi” serialının 55-ci seriyasına qədər rejissoru olmuş Osman Sınav yeni serial çəkməyə hazırlaşır. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yeni serialı “Fəda” adlanacaq. “Kurtlar Vadisi”ndən sonra “İnadına aşk” və “Şahane damat” romantik komediyalarda uğursuzluğa düçar olan rejissor, yenidən döyüş səhnələrinə qayıdır. Məlumata görə, ssenarisini Ümit Saatın yazdığı “Fəda”da 4 şəhid (vəkil, kəşfiyyatçı, polis və journalist) uşağının mübarizəsindən bəhs ediləcək. Hazırda serialın yayımlanması üçün “Kanal D” ilə danışıqlar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru