Bakıdan 1.8 milyon alan Tarkanın qazancı dodaq uçuqlatdı

7-07-2017, 08:40           
Bakıdan 1.8 milyon alan Tarkanın qazancı dodaq uçuqlatdı
Meqastar 20 günə 32 milyon qazanıb

Türkiyənin meqastarı Tarkanın 20 günlük qazancı açıqlanıb. İstiPress-in CNNTürk-ə istinadla verdiyi məlumata görə, Tarkan 20 günə 32 milyon lirə (təqribən 16 milyon manat) pul qazanıb.

Ötən ay Bakıda keçirilən Formula 1 Qran Prisində səhnə alaraq azərbaycanlıları çoşduran müğənni 16 iyunda son albomunu satışa çıxarıb. "Yolla" adlanan albom qısa zamanda 330 min ədəd satılıb. Ən əsas gəlir mənbəyi ilə açıq hava konsertləri, sponsorluq müqavilələri və təşkilati işlər olub.

Türkiyənin ən böyük mobil operatoru olan "Türkcell"in internetdən musiqi dinləmə platforması olan "fizy" ilə razılaşma imzalayan Tarkan buradan 12 milyon lirə qazanıb. "Fizy" bu anlaşma ilə Tarkanın albomunu ilk olaraq dinləyicilərə təqdim edib.

Müğənninin Bakı konsertindən gəliri də açıqlanıb. Belə ki, iyunun 23-də Bakı shnəsinə çıxan Tarkan bir neçə saat üçün 1.8 milyon lirə qazanıb. Bu da onun bu ilki gəlirləri arasında önəmli yer tutur.

Tarkanın 20 gündə qazandığı pul:

Açıq hava konserti - 8.4 milyon
Formula 1 Azərbaycan Qran Prisi - 1.8 milyon
"Fizy"anlaşması - 12 milyon
Albom+online dinlənmə - 10 milyon












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.