"Şoubiznesin 70 faizi Füzulidəndir. Niyə heç kim...."-Kamil “özünü reklam edir” deyənlərə ağır cavab verdi

9-07-2017, 00:19           
"Şoubiznesin 70 faizi Füzulidəndir. Niyə heç kim...."-Kamil “özünü reklam edir” deyənlərə ağır cavab verdi
"Bu yer Zəhranın nənəsi ilə gəzməyə çıxdığı və şəhid olduqları yerdi... Evlərinin qarşısı... And içirəm ki, bu şəkilləri paylaşmaqda məqsədim bəzilərinə bu mesajı çatdırmaq olub. Dənizə, hovuzda istirahətə ayırdığınız 5-6 saatı, imkan tapıb Zəhranın ailəsinə ayırın..."

teref.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri instaqram hesabında müğənni Gülay Zeynallının həyat yoldaşı, tanınmış idman məşqçisi Kamil Zeynallı yazıb. O, ürəyinin sızladığına görə bura gəldiyini bildirib:

"Mən qız atasıyam. Zəhranın atası kimi... Bu dərdi ən çox valideyn olan şəxslər anlayar. And olsun yaradana ürəyim sızlayıb deyə gəlmişəm. Mənə "Özünü reklam edir" deyənlərə bir sözüm var: Mən sadəcə Azərbaycan vətəndaşı olaraq, öz borcumu yerinə yetirməyə gəlmişəm. Bu öz içimdən gələn valideyn duyğusudur. Şoubiznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru