Tanınmış teleaparıcı Azərbaycanı tərk etdi

28-08-2017, 12:50           
Tanınmış teleaparıcı Azərbaycanı tərk etdi
Fəaliyyəti qadağan olunan ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçüb.
UlduzumSan.Az-ın xəbərinə görə, teleaparıcının ABŞ-a köçməsi onun bu ölkədə təhsil almaq istəyi ilə bağlıdır. Qeyd edək ki, Qənirə Ataşova ANS-in bağlanmasından sonra Amerikadan Bakıya dönmüşdü.
O, özünə dair olan bütün ittiham və suallara elə Bakıdaca cavab verib. Lakin onun könüllü Azərbaycana qayıtmasına baxmayaraq, sonradan Türkiyəyə gedişi zamanı sərhəddən geri qaytarılmışdı.
Ancaq dövlət başçısına müraciətindən sonra Qənirə Ataşovanın ölkəni tərk etməsinə qoyulan qadağa aradan qaldırıldı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru