"Sizi doğulmağınıza peşman edərəm" - Vüsalə Əlizadə
18-08-2015, 16:56
Aparıcı Vüsalə Əlizadə onu təhqir edənlərə sərt sözlər deyib.
Axşam.az-ın məlumatına görə, o, sosial şəbəkədə bunları yazıb:
“Evdəki anasından, bacısından, arvadından xəbəri olmayan, ekran arxasında şir-pələngə dönən bəzi kişi qırıqları, gecə əxlaqsızlıqla pul qazanıb, səhər evdəki ərinə, qardaşına kontur, siqaret pulu verən, özünü kişi kimi göstərən küçə varlıqları ağıllı olun. Heç vaxt kiməsə hörmətsizlik etməmişəm. İnsanlar ədəbsizliyimi görməyib. Böyük-kiçik yeri bilib, hörmət saxlamışam. Çünki ailə tərbiyəsi görmüşəm. Amma bəzi məxluqlar məcbur etdi ki, ağzının payını verib, kimliyini göstərim. Mən əri bir yanda min oyundan çıxıb, arvadı başqa yanda kef yaşayan, yalandan "ailəm var" deyənlərdən ola bilmədim. Çünki qeyrətim buna yol vermədi. Ağzınızı yumun, oldu bitdi, mən sildim. Siz də zəhmət çəkin bu mövzunu bağlayın.
Kim kimin haqqına girir əzizlərindən görsün. Mən bəziləri kimi səviyyəsizlik edib, başıma gələnlərlə özümü reklam etmədim. Övladımın nələr yaşadığını mən və Allahım bilir. Hələ də bu biabırçılıqlar davam edir. Amma Allahın ixtiyarına buraxıb, susuram. Danışsam yer-göy dilə gələr. Hər kəs başını daşa döyüb, öz həyatı ilə məşğul olsun.
Nə geyinirəm, hara gedirəm, nə yeyib-içiəm özüm bilərəm. Bəzi qeyrətsizlər məni tək, sakit görüb, qeyrətə gəlməsinlər. Tək qadın canımla sizi doğulmağınıza peşman edərəm. Mən uşağımla tək, köməksiz, ehtiyac içində qalanda kimsə mənə əl tutmayıb. Çox kişilərdən qeyrətli qadınam. Kor gözünüzü açın baxın. Bəsdirin cahil oldunuz. Bir işdən o birisinə qaçıb, bala saxlayan qadınların ayağının tozu olmayan kişiciklər, bu gün qınadığınız qız, gəlinin yaşadığını sabah sizin bacınız, yoldaşınız yaşayacaq. Heç kim həyatın zərbəsindən sığortalanmayıb. Gərək, belə şərəfsizləri yuyub-sərəsən ki, həddini bilsin".