Müğənni Manaf Ağayev “Şou-biznesdə kişi xarakterli müğənnilər azdır."

21-08-2015, 13:00           
Müğənni Manaf Ağayev  “Şou-biznesdə kişi xarakterli müğənnilər azdır."
Müğənni Manaf Ağayev sırğa taxan kişi ifaçıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “İncə sənət” verilişində belə halları qəbul etmədiyini bildirib:

“Şou-biznesdə kişi xarakterli müğənnilər azdır. Ad çəkmərəm, xətrinə dəyər. Adam var qaşın da, üzünü də alır, sırğa da taxır. Utanmır bunu edir. Belələrinin kompleksi yoxdur. Özümü elə gülünc günə qoyaram ki, hamı məndən danışar. Amma sənət olmayandan sonra bu kimə lazımdır? Düşünəndə ki, mən də özümü o hala salıram gülməyim gəlir. Övladlarım da özünü belə günə qoysa, qəbul etmərəm”.

M.Ağayev həmkarlarının efirdə başına gələn hadisələrdən də bəhs edib:

“Efirdə təsadüfdən hər şey ola bilər. Bundan gündəm yaratmaq olmaz. Bu yaxınlarda Səidə Sultanın efirdə başına iş gəlib (Müğənninin paltarının yaxası düşmüş, sinəsi görünmüşdü - red.). Bu qəsdən özünü açıb tökmədi ki... Oxuyan yerdə başına iş gəldi. Mən də səhnədə yıxıla bilərəm. Bunlar adi haldır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.