Tarlada tapdığı daşı 180 min dollara satdı – FOTOLAR

15-03-2021, 00:09           
Tarlada tapdığı daşı 180 min dollara satdı – FOTOLAR
Türkiyənin Çorum vilayətində fermer tapdığı səma daşını 180 min dollara satıb.

Vaxt24.az yerli KİV-lərə istiandən xəbər verir ki, Alaca qəsəbəsində yaşayan Mutlu Yılmaz, 2019-cu ilin aprel ayında noxud tarlasını əkinə hazırladığı zaman ona maneə yaradan daşı oradan kənarlaşdırmaq istəsə də gücü çatmayıb. Daşın fərqli olduğunu görən Yılmaz, qonşuların köməkliyi ilə onu yaşadığı evin həyətinə gətirib. Daha sonra çəkisi 68 kiloqram olan boz rəngli daşdan bir parça qıraraq araşdırılması üçün, yaxınlarının vasitəsi ilə ABŞ-dakı bir universitetə göndərib.

Araşdırma zamanı, parçanın səma daşı olduğu məlum olub. Dünya ədəbiyyatına “Gərdəkqaya’” adı ilə düşən səma daşında 12 element olduğu və Türkiyədə ən böyük üçüncü səma daşı olduğu bildirilib.

Yerli sakinlərin göstərdikləri marağa görə, səma daşı Çorum muzeyində hazırlanan özəl bölmədə sərgilənib. 1 il 5 ay ərzində təxminən 4 min nəfər səma daşını ziyarət edib.

Bir müddət sonra isə Mutlu Yılmaz ən azı 4 min il yaşı olduğu təxmin edilən daşı satışa çıxarıb.

İki il ərzində verilən təkliflərin miqdarının az olduğu üçün daşı satmayıb. Daha sonra isə Yılmaz Amerikadakı bir müştəri ilə əlaqə quraraq səma daşını 180 min dollara satmaq üçün razılaşıb.

Qeyd edək ki, bu daş Amerikaya göndərildikdən və orada test və analiz nəticələri araşdırıldıqdan sonra satışın həyata keçiriləcəyi bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.