Şimal qonşusu hörməti unutduğu zaman - VİDEO

6-05-2025, 09:18           
Şimal qonşusu hörməti unutduğu zaman - VİDEO
27 oktyabr 2010-cu ildə Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin iştirakı ilə üçtərəfli sammit keçirilib. Həmin gün Volqa sahilində ümummilli lider Heydər Əliyevin xatirəsinə abidə açılıb. Belə ki, ulu öndərin Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq və iqtisadi əlaqələrin inkişafında böyük xidmətləri olub.

TNS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib.

Qeyd olunub ki, o vaxtdan etibarən hər il Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan nümayəndə heyəti Həştərxana səfər edir, bu vilayətin təmsilçiləri isə cavab ziyarətlərlə Azərbaycana gəlirlər. Bu gözəl ənənənin daha da möhkəmlənəcəyi gözlənilirdi.

Lakin Rusiyanın siyasi dairələrində Bakı-Moskva münasibətlərinin möhkəmlənməsindən narahat olanlar var. Ötən bazar günü baş verən hadisə buna nümunədir: Milli Məclisin deputatı Azər Badamov Həştərxana yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində olarkən Moskva hava limanında saxlanılıb, "persona non-qrata" elan edilib və vətənə qaytarılıb.

Heç bir aydın izahat olmadan atılan bu addım Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq prinsiplərinə şübhə yaradır. Bu cür hərəkətlər nəinki ölkələrimiz arasında etimadı zəiflədir, həm də şimal qonşumuzun niyyətləri barədə düşündürür.

Daha ətraflı "Caliber"in yeni süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru