“Kadırovun vəziyyəti pisləşir” - “Hakimiyyət dəyişikliyi ssenarisi işə salınır”

Bu gün, 09:27           
“Kadırovun vəziyyəti pisləşir” -
Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti nəzərəçarpacaq dərəcədə pisləşir.

“AzPolitika” xəbər verir ki, bununla bağlı “Novaya Qazeta Avropa” məlumat yayıb. Məlumatda deyilir ki, Kadırovun səhhəti Çeçenistanda hakimiyyət dəyişikliyi ssenarisini aktivləşdirib.

Nəşr yazır: "Çeçenistan rəhbəri yəqin ki, həkimlərin hökmüylə razılaşıb və hakimiyyətin ötürülməsi təşəbbüsünü öz əlinə keçirib. İndi respublikada Çeçenistan liderinin övladlarının və ona sadiq olan, qohumluq əlaqələri ilə hakim ailə ilə bağlı olan ən nüfuzlu klanların gücləndirilməsi işləri sürətlə gedir. Ötən il Çeçenistanın xəstə rəhbərinin səhhəti az-çox stabilləşib. İlin sonuna qədər özünü tamamilə normal hiss edən Kadırov yanvar ayında ənənəvi olaraq tətilə çıxdı. Adətən bu zaman o, müntəzəm müayinə üçün Moskvaya Mərkəzi Klinik Xəstəxanaya gedirdi. Amma bu il Çeçenistan rəhbəri heç yerə getmədi. Kadırov həyat yoldaşına məxsus Qroznıdakı özəl “Aimed” klinikasına yerləşdirilib”.

Yazıda qeyd olunur ki, Kadırovun bir neçə qadından 14 uşağı var, lakin onun siyasi planlarında yalnız ikisi mühüm rol oynayır: "26 yaşlı Aişat və noyabrda 18 yaşı tamam olacaq Adəm: “Kadırov Çeçenistanda “Ramzanın gənc nüsxəsi” adlandırılan Adəmi öz varisi hesab edir”.

"Novaya qazeta " yazır ki, indi Kadırov ailənin təhlükəsizlik qüvvələri və biznes aktivləri üzərində nəzarətini qoruyub saxlaması üçün hakimiyyət sistemini yenidən formatlaşdırmaq vəzifəsi ilə üzləşib. Bundan əlavə, o, qohumları üçün Vladimir Putindən şəxsi zəmanət almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.