Fransada azərbaycanlı qətlə yetirilib – Tuluza prokurorunun açıqlaması + FOTO(Yenilənib)

31-03-2018, 00:00           
Fransada azərbaycanlı qətlə yetirilib – Tuluza prokurorunun açıqlaması + FOTO(Yenilənib)
Fransanın Tuluza şəhərinin prokuroru Pyer İva Kullyo azərbaycanlı mühacir Rahim Namazovun və arvadının güllələnməsi hadisəsi ilə bağlı brifinq keçirib. Virtualaz.org Fransa KİV-lərinə istinadən xəbər verir ki, prokurorun sözlərinə görə Namazova və arvadına atəş açan şəxs başqa biri ilə əlbir olub. Həmin şəxs killerə hadisə yerindən uzaqlaşmaqda kömək edib. Bu hadisə zamanı Namazovun 39 yaşlı arvadı Aida başından aldığı güllə yarasından ölüb, Namazov özü isə ağır yaralanıb.
“Təxminən 50 yaşlarında olan şəxs əlbir olduğu başqa şəxslə birlikdə yaxınlıqda park edilmiş avtomobildə gözləyib və Namazovla həyat yoldaşının olduğu avtomobilə bir neçə dəfə atəş açıb. Atəş açandan sonra həmin şəxs çox güman ki, əlbir olduğu şəxsin köməyi ilə hadisə yerindən qaçıb”-prokuror bildirib.



Pyer İva Kullyo onu da bildirib ki, Namazov hadisədən bir neçə gün əvvəl naməlum şəxslərdən telefonla ölüm təhdidi aldığı barədə polisi məlumatlandırmışdı. O, Tuluza prokurorluğunun bu cinayətin istintaqını üzərinə götürmədiyini, insidentin mütəşəkkil xarakter daşıdığı nəzərə alınmaqla Bordo prokurorluğu ilə razılaşdıraraq işin ixtisaslaşmış regionlararası yuridiksiya tərəfindən aparılmasının qərarlaşdırıldığını deyib.

“Fransa press” agentliyi bildirir ki, hadisə Rahim Namazovun yaşadığı evin yaxınlığında baş verib. Onun həmin vaxt mənzildə olan 15 yaşlı oğlu atəş səslərini eşidib. Hazırda Namazovların uşaqları ilə psixoloqlar işləyir.

böyük rezonansa səbəb olub. Çünki əslində kriminal qruplaşmalara bağlı olan və “Rahim Şəkinski”, yaxud “Rahim Opasnıy” kimi tanınan Rahim Namazov jurnalist adı altında Fransadan siyasi sığınacaq alıb. O, özünü “Əlillər” qəzetinin əməkdaşı kimi təqdim edib və iddiasına görə Azərbaycan ordusunda baş verən ölüm hallarını araşdırdığı üçün təqib olunub, bir neçə dəfə həbs edilib.


Nəticədə Tuluzada baş vermiş sui-qəsd Fransanın və Avropanın aparıcı KİV-ləri, xəbər agentlikləri və telekanalları tərəfindən “siyasi mühacirin, Azərbaycan hakimiyyətinə qarşı sərt müxalif mövqeyi ilə tanınan jurnalistin” güllələnməsi kimi təqdim etməkdədir. İş o yerə çatıb ki, ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Deşir də xüsusi bəyantla çıxış edib və “jurnalistin güllələnməsindən şoka düşdüyünü, bu hadisənin diqqətlə araşdırılmalı olduğunu”bildirib.

Əslində isə “Rahim Şəkinski” bir neçə həftə əvvəldən başlayaraq YouTube-də öz səs yazısı ilə İstanbulda mənzillənmiş kriminal avtoritet “Lotu Quli”nin ünvanına söyüşlər yağdırırdı. O, özünü “Rövşən Lənkəranski”nin tərəfdarı kimi təqdim edirdi. YouTube-də “Lotu Quli”nin tərəfdarları da “Rahim Şəkinski”ni söyürdü və onu ölümlə hədələyirdi.
****


Bu gün Fransanın Tuluza şəhərində azrbaycanlı Rahim Namazov qətlə yetirilib. “AzPolitika.info”nun məlumatına görə, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat yayıb.

Onun bildirdiyinə görə, R.Namazov avtomobildə olarkən hücuma məruz qalıb. Həmin vaxt həyat yoldaşı da avtomobildə olub və güllə yarası ilə xəstəxanaya aparılıb.

Əslən Şəkidən olan R.Namazovun keçmiş hərbçi olduğu, Naxçıvan hərbi prokurorunun sürücüsü olduğu bildirilir. Bəzi məlumatlara görə o, kriminal aləmlə əlaqəli olub. Baxmayaraq ki, o, Fransa hökumətinə özünü jurnalist kimi təqdim edib.

“1 saat əvvəl Tuluz polisindən mənə zəng edib, bu adlı jurnalistin öldürüldüyünü dedilər. 7 güllə vurulub. Ətraflı məlumat istəyirdilər, mən də onu jurnalist kimi tanımadığımı bildirdim. Sonra “Sərhədsiz Reportyorlar” mərhumun jurnalist kimliyi ilə bağlı məndən soruşdular, mən də bildiyim qədər məlumat verdim. Yəni, qətl edildiyi tam doğru xəbərdir” – Q.Zahid bildirib. O, olayı “adi kriminal razborka” kimi qiymətləndirib.

***

Fransada silahlı hücuma məruz qalan Rahim Novruzovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.

“Report”un məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.
[media=https://www.youtube.com/watch?v=5L91qDFFQDI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.