Evində toy təşkil etdi: Qonaqlardan əvvəl polis gəldi

16-02-2021, 10:36           
Evində toy təşkil etdi:
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər sakini C.Quliyevin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru