Səbaildə «Əhali ilə aktiv görüşlər aylığına» start verilmişdir FOTO
1-06-2017, 19:54
teref.az - Səbail rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda «Əhali ilə aktiv gürüşlər aylığı»na start verilmişdir. Rayonun yaşayış sahələrində keçirilən görüşlərin əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.
C.Hacıyev adına 3 saylı musiqi məktəbində Səbail RİH-nin Azərbaycan Respublikasının Prezildenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi ilk görüş rayonun Bayıl-20-ci yaşayış sahəsində yaşayan sakinlər, buradakı idarə, təşkilat və müəssisələrin, ağsaqqallar və gənclərin nümayəndələrinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Açıq mikrofon formatında təşkil olunmuş görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər barədə danışmış qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bildirilmişdir ki, son vaxtlarda 2 saylı SİƏD-in ərazisində yeni “Abad məhəllə” salınmış, I Buxta küçəsi 39 unvanında yerləşən qəzalı binada yaşayan ailələrin köçürülməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Hazırda 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni istirahət parkının salınması, 6 ünvanda mövcud köhnə tikililərin yerində müasir çoxmərtəbəli binaların inşası aparılır.
Tədbirdə çıxış edən tanınmış alimlər, Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, əməkdar müəllimlər Təhminə Əsədova və Məsmayə Rəhimova, iş adamı İsgəndər Həsənov, şəhid atası Əzim Ələsgərov və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində xalq təsərrüfatının bütün sahələrindəki əldə olunan sosial-iqtisadi inkişafdan, əhalinin sosial vəziyətinin yüksəldilməsinə və regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, olkədə keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışmışlar.
Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənərək ona minnətdarlıq bildirilmişdir.