10-a yaxın general istefa ərizəsi yazıb

16-02-2021, 10:50           
10-a yaxın general istefa ərizəsi yazıb
10-a yaxın rusiyalı general "Rosqvardiya"dan istefa barədə ərizə yazıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Kommersant" öz mənbəyinə istinadən yazıb.

Bildirilir ki, onların arasında Oprativ İdarənin rəisi, general- leytenant Nikolay Kosyanko, general-leytenant Kazimir Botaşev, general-leytenant Pavel Bobkov, Rabitə İdarəsinin rəisi, general-leytenant Aleksey Belyakov, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, general-leytenant Nikolay Ryabçenkov, general-leytenant Aleksandr Şkolnikov, Dövlət Proqramlarının Reallaşdırılması Departamentinin rəhbəri, polkovnik Aleksandr Savkin, Hərbi Orkestr Xidmətinin rəhbəri polkovnik Vladimir Vasyakın da adı var.

"Rosqvardiya" bu barədə xəbərə şərh verməkdən imtina edib. Bildirilib ki, bu şəxslərin təyinatı və işdən azad edilməsi dövlət başçısının səlahiyyətindədir. Bəzi raportlar artıq təsdiqlənib, digərləri baxılma ərəfəsindədir. Bəzi generallar istefaya yaşla əlaqədar çıxır. Bəziləri isə ixtisarların qurbanı olmamaq üçün bu addımı atır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.