ABŞ istəsə, İran buzları əritməyə hazırdır

25-07-2023, 10:23           
ABŞ istəsə, İran buzları əritməyə hazırdır
Kənani Şafi əlavə edib ki, Tehran və Vaşinqtonla yaxşı münasibətlər saxlayan bəzi ölkələr bu prosesdə rol oynayır.
İranla ABŞ arasında məhbus mübadiləsi mümkündür, proses Vaşinqtonun iradəsindən asılıdır. Bunu iran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Şafi deyib.
"İran ABŞ-la məhbus mübadiləsinə ciddi yanaşır, prosesin uzadılmasına ABŞ hökumətinin iradəsizliyi səbəb olub. İndi biz elə bir mərhələdəyik ki, ABŞ tərəfinin siyasi iradəsi olarsa, bu mübadilə mümkün olacaq", - o, Tehranda keçirdiyi mətbuat konfransında deyib.
"Ümid edirik ki, bu, tezliklə baş verəcək", - İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Kənani Şafi əlavə edib ki, Tehran və Vaşinqtonla yaxşı münasibətlər saxlayan bəzi ölkələr bu prosesdə rol oynayır. O, hansı dövlətlərin olduğunu açıqlamayıb.
İyunun 13-də İran xarici işlər nazirinin müavini Əli Baqiri Əbu-Dabidə Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə qarşılıqlı maraq doğuran bəzi məsələləri müzakirə etmək üçün görüşdüyünü bildirib. "The Wall Street Journal" öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyası İranın nüvə silahına malik olma ehtimalını azaltmaq və məhbus mübadiləsi razılaşmasına nail olmaq üçün gizli şəkildə Tehranla danışıqları bərpa edib.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru