İtaliya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

27-07-2023, 11:24           
İtaliya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb
İtaliya Senatı 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

APA xəbər verir ki, parlamentin qərarında deyilir: “Ukrayna xalqına qarşı Qolodomor və Sovet cinayətlərinin yad edilməsi bu gün Rusiyanın işğalı və Ukraynanın milli kimliyini silmək üçün yeni cəhd fonunda daha da böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu günə qədər Qolodomoru dünyanın otuzadək ölkəsinin parlamentləri, eləcə də Avropa Parlamenti Ukrayna xalqının soyqırımı kimi tanıyıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru