Ağ Ev Baydenin vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir

27-07-2023, 09:37           
Ağ Ev Baydenin vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir
Ağ Ev Baydenin vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir
ABŞ administrasiyası Prezident Cozef Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Hazırda mən səfəri elan edə bilmərəm. Ancaq bildiyiniz kimi, Prezident keçən ilin sonunda Afrika liderləri ilə görüşdü. Bu, inanılmaz dərəcədə məhsuldar oldu. O, bu il Afrika qitəsinə səfər edəcəyinə söz verdi, - deyə mətbuat katibi qeyd edib.

Eyni zamanda, o, ABŞ-nin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək vədini yerinə yetirdiyini də vurğulayıb.

Xatırladaq ki, ABŞ-Afrika Sammiti ötən ilin dekabr ayında Vaşinqtonda keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru