Baydenin təyyarəsi yaxınlığında UNO aşkarlandı - ANBAAN VİDEO

25-12-2023, 15:24           
Baydenin təyyarəsi yaxınlığında UNO aşkarlandı - ANBAAN VİDEO
ABŞ Prezidenti Co Baydeni daşıyan təyyarə Los-Anceles hava limanlarına eniş edərkən səmada uçan naməlum obyekt (UNO) görünüb.

Bu barədə "New York Post" məlumat yayıb.

Qeyd edilib ki, "F-35" qırıcılarının havada yanacaq doldurmasını lentə alan Coşua və Piter Solorzano qardaşlarının videokamerasına işıq saçan sferik obyekt düşüb.

"Bunu da gördünüzmü? Yolumuzun üstündən nəsə uçdu...", - Coşua yazıya şərh verib.

Qardaşı şarın obyektivə dəydiyini irəli sürüb.

NYP aydınlaşdırıb ki, obyekt iki dəfə kameraya düşüb.

UNO tədqiqatçısı Mick Vestin fikrin görə, obyekt isti hava balonu ola bilərdi.

"Bunu onun forması və trayektoriyası göstərir", - deyə o izah edib.

Ağ Evin sözçüsü Con Kirbi daha əvvəl bildirmişdi ki, Co Bayden uçan naməlum obyektlər mövzusuna ciddi yanaşır və onlar haqqında məlumat toplamaq və onları öyrənmək üçün səy göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru