Fransada hökümət yıxılsa nə ola bilər...

3-12-2024, 16:19           
Fransada hökümət yıxılsa nə ola bilər...
Fransa Baş naziri Mişel Barnier hökumətinin gələcəyi ilə bağlı ciddi təzyiqlə üzləşir. Onun təqdim etdiyi 2025-ci il sosial büdcəsi, 40 milyard avroluq qənaət və 20 milyard avro vergi artımı təklif edir. Lakin bu təklif həm sağçı (RN) müxalifətin, həm də solçu (NFP) qüvvələrin ciddi müqaviməti ilə qarşılanıb. Bu iki qrup parlamentdə birlikdə hərəkət edərsə, hökumətə etimadsızlıq səsverməsi yolu ilə onu devirmək mümkün ola bilər.
Hökumətin devrilməsi ehtimalı isə Fransanı maliyyə və siyasi böhrana sürükləyə bilər. Hazırda ölkənin büdcə açığı ÜDM-in 6%-nə çatıb ki, bu da Avropa İttifaqının 3% limitindən çoxdur. Bununla yanaşı, siyasi qeyri-müəyyənlik Fransa səhmlərin dəyərini aşağı salıb və bazarlarda inamsızlıq yaradıb.
Bu hadisələr, həm də Prezident Emmanuel Makronun siyasi kursuna ciddi təsir edə bilər. Hökumətin devrilməsi ölkəni erkən seçkilər və ya hökumət dəyişikliyi kimi yeni siyasi proseslərə sürükləyə bilər.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru