Pakistanla gərginlik artır: Hindistan Rusiyadan zenit-raketləri alıb

6-05-2025, 10:18           
Pakistanla gərginlik artır:
Hindistan ordusu və Cammu-Kəşmir bölgəsindəki sərhəd bölmələri Rusiyanın "İqla-S" portativ zenit-raket komplekslərinin (PZRK) yeni partiyasını alıb. Bu, Pakistanla gərginliyin artması fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün edilib.

TNS "India Today" qəzetinə istinadən xəbər verir ki, silahların təhvil verilməsi 120 PZRK və 400 raketin tədarükü üzrə 30 milyon dollarlıq müqavilə çərçivəsində həyata keçirilib. Bu müqavilə 2023-cü ilin aprelində "Rusiya Silah İxracatı" ("Rostex" dövlət şirkətinə daxil olan hərbi texnika və xidmətlərin ixracı üzrə dövlət vasitəçisi) və Hindistanın Müdafiə Nazirliyi tərəfindən imzalanıb.

İlk partiya (24 atıcı qurğu və 100 raket) artıq bir il əvvəl - 2024-cü ilin aprelində təhvil verilib. Yeni tədarüklərlə yanaşı, Hindistan ordusu sürətləndirilmiş qaydada əlavə 48 atıcı qurğu və təxminən 90 raket alınması üçün tender elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru