«ABŞ Rusiyada «rəngli inqilab» törətmək istəyir» – Dövlət Dumasının deputatı

30-03-2018, 23:32           
«ABŞ Rusiyada «rəngli inqilab» törətmək istəyir» – Dövlət Dumasının deputatı
Rusiya Federasiyası Dövlət Dumasının təhlükəsizlik və korrupsiya ilə qarşıdurma komitəsinin üzvü Adalbi Şxaqoşev hesab edir ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ MKİ) və Dövlət Departamenti (DD) Rusiyada «rəngli inqilab» ssenearisi həyata keçirməyə cəhd göstərir.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin xəbər vermişdi ki, Rusiyanın informasiya məkanına «feyk xəbərlərin» tullanması, mümkündür ki, ABŞ və ya Ukrayna xüsusi xidmətlərinin təşəbbüsü ilə həyata keçirilir.

«ABŞ xüsusi xidmətləri özünün köhnə adətini yeni şəraitdə nümayiş etdirir. MKİ və DD hazırda bizim ölkəmizdə «rəngli inqilab» ssenarisini reallaşdırmağa cəhd etməklə, artıq 1990-cı illərin əvvəllərində Qafqazda sınamış olduğu dəsti-xətdən istifadə edir» – deyə, Şxaqoşev bildirib.

1995-ci ildə başlamış Çeçenistan müharibəsini (birinci və ikinci) nəzərdə tutaraq, deputat bildirib ki, üstündən 25 il ötməsinə baxmayaraq ABŞ-ın bu iyrənc dəsti-xətti hələ də müşahidə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.