SOS!! Bakda, 48 saylı məktəbdə bir uşaq həyat dramı yaşayır....

19-07-2022, 16:57           
SOS!! Bakda, 48 saylı məktəbdə bir uşaq həyat dramı yaşayır....
Heç olmasa, bir uşağı xilas edəcək qədər gücü varmı bu millətin?!
Bakıda 48 saylı məktəb var. Məktəbin direktoru Aynurə xanımdır. Aynurə Bağırova.
Bu məktəbin yaxşımı- pismi olduğu barədə fikir bildirmirik. Bəlkə də müəzzəm və cahanşümul təhsil uğurları, böyük və parlaq nəticələri var. Bütün bunlara görə təşəkkürlər !
Amma bu məktəbdə bir şagirdin ətrafında gerçək bir insanlıq dramı yaşanır.
Məktəbin 5- ci sinif şagirdi Amin Musayevi sinif yoldaşları ardıcıl olaraq döyürlər! Daha doğrusu, sinif yoldaşlarından biri…
Uşaqlar arasında dava- dalaş ola bilər, keçici ola bilər. Uşaqlar hələ böyüməyiblər və onların içində böyüklər qədər kin- küdurət olmur. Dalaşarlar, sonra da barışarlar. Dalaşan uşaqların barışması üçün də məktəb direktoru, sinif rəhbəri, müəllimlər, sinif yoldaşları körpü salarlar.
Amin Musayevin döyülməsi isə bir az başqa cürdür: zəhlətökən, bezdirici, həyata nifrət yaradan proses kimi. (O gözlərndə qüsur olduğu üçün bullinq edilir və döyülür - qeyd)
Valideynləri bu prosesi yarıda kəsmək, onu durdurmaq üçün ən müxtəlif tədbirlər görürlər. Gah direktora, gah sinif rəhbərinə müraciət edirlər, gah onlar da, elə Amin kimi bezib onu aylarla məktəbə göndərmirlər. Bəlkə bu dava-qalmaqal xoşagəlməz bir hadisə kimi unuduldu və hər şeyi yenidən başlamaq mümkün oldu ümidi ilə. Amma bu xoşagəlməz proses xatirəyə çevrilmir, unudulmur, davam edir.
Biz Aminin valideynlərinin məktəb məsulları ilə, sinif rəhbəri ilə söhbətlərini dinləmişik. Məktəbin anlamadığı bir məsələ var: Amin döyülməli deyil. Bütün söhbətlərdə israr edirlər ki, narahat olmayın, Amin sinifdə qalmayacaq, birtəhər qiymət yazıb yuxarı sinfə keçirəcəyik. Valideynlər də israr edirlər ki, bizə onun sinifdən- sinifə keçəcəyini həyat problemi kimi təqdim etməyin, sizin məktəbiniz bizim övladımızı şikəst edir, mənəvi baxımdan sındırır, ləyaqətini alçaldır və əsas problem budur. Biz bu söhbətləri dinlədik, təkrar- təkrar dinlədik və belə qənaətə gəldik ki, bu uşağın mənəvi dünyasının darmadağın edilməsi, qürurunun sındırılması, inadkarlıqla intihar həddinə gətirilməsi məktəb məsullarının anlamaq istəmədiyi üzücü bir prosesdir. Və heyrət etdik bu anlayışsızlığa.
Amin Musayevin atası Elnur Musayev zabitdir, Ordu adamıdır. O da bu anlayışsızlığı anlaya bilmir. Yəni, necə ola bilər ki, o boyda pedoqoji heyətin gözü qarşısında kiçik bir məktəbli hər gün daxilən öldürülür, sındırılır, iç dünyası darmadağın edilir, amma kimsə tədbir görmür və başlıca təskinlikləri- qayğıları budur: «Narahat olmayın, qiymətini yazacağıq, sinifdə qalmayacaq».
Joldaslar, dəlisizmi siz?! Ağlınız yerindədirmi? Siz niyə pedoqoq kimi yox, mübahisələri çözmək imtiyazı qazanmış qanuni oğrular kimi davranırsız?!
Bu məktəbdə bir azərbaycan vətəndaşının qüruru sındırılır. Hər gün!
Bakı şəhərində, Azərbaycanın paytaxtında, 48 saylı tam orta məktəbdə…
Qənimət Zahidov
Teref.az olaraq müraciətdə qeyd edilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.