Məntiqi sual: 102 il öncəki hadisənin nəticəsində yaranan bu sərhəd necə oldu ki, İran üçün "minlərlə illik" yola çevrildi?!

20-07-2022, 05:02           
Məntiqi sual:
TEREF.AZ: Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, yəni 30 noyabr 1920-ci ildə keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilati Bürosunun iclasında qərar qəbul olundu:
“Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur... Ermənistana keçir...”.
Beləliklə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.
Sual olunur, cəmi 102 il öncəki hadisənin nəticəsində yaranan bu sərhəd necə oldu ki, İran üçün "minlərlə illik" yola çevrildi?!
İranın ali rəhbərliyi dincəlmədən Zəngəzur dəhlizi ilə bağlı bildirdiyi narahatlığını ötən 30 ildə Qarabağın işğalı ilə də bağlı əməldə ifadə etsəydi azərbaycanlı müsəlmanların məcburi köçkünlüyü, doğma yurdlarının düşmən tapdağında qalması bu qədər uzun çəkməzdi.
Bu gün Ərdoğanla görüşən İranın ali dini rəhbəri növbəti dəfə Azərbaycanın tarixi haqlarını bərpa hüququndan istifadə edə biləcəyindən əndişəsini dilə gətirib. Amma qorxunun əcələ faydası yoxdur... ermənidən artıq erməniçilik edən İran rəhbərliyinin bu anti-Azərbaycan, antitürk arzusu da ürəklərində qalacaq.

Elməddin Behbud












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.