Teref.az saytında dərc olunmuş “Məmurun harınlamış qardaşı oğlu məni intihar həddinə çatdırıb...”- Qadın müəllimə daxili işlər nazirinə şikayət etdi...” – sərlövhəli yazıda səsləndirilən iddialarla bağlı bildiririk ki, qonşuluqda yaşayan tərəflər arasındakı mübahisə aralarında olan mülki məsələdən yəni yol məsələsindən qaynaqlanır və hazırda həmin iş məhkəmənin icraatındadır. Qarşı tərəfin A.Məlikovanın yaşadığı evin videoçəkilişini etməsi iddiasına gəldikdə isə onlar məsələ ilə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsi və Göytəpə polis bölməsində qəbul ediliblər və müraciətləri dinlənilib. Hazırda həmin müraciətlə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbir görüləcək.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Teref.az saytı olaraq DİN-nə operativ reaksiyasına görə təşşəkkür edirik! Teref.az