“Erməni separatçılarının tərksilah edilməsi qat-qat ciddi mövzudur” - Melik-Şahnazaryan detalları açıqladı
20-07-2022, 18:14
“İyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 3 saata yaxın davam edən görüşü baş tutub. İki ölkənin xarici işlər nazirlikləri tərəfindən yayılan oxşar bəyanat tərəflərin real razılaşmalar barədə susduğunu deməyə əsas verir.
TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu fikirləri “Voskanapat” analitik mərkəzinin rəhbəri, erməni politoloq Qrant Melik-Şahnazaryan yazıb.
“İyulun 19-da isə Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan etdi ki, “müharibə ilə əlaqədar “Arsax”a (Qarabağdakı qondarma rejim) daxil olan Ermənistan silahlı qüvvələrinin bölmələri geri qayıdır.
Amma məndə olan məlumata görə, “Arsax”da Ermənistan Silahlı Qüvvələrinin bölmələri yoxdur.
Çağırışçıların tərxis olunması isə siyasi bəyanat üçün əsas deyil. Deməli, müzakirə olunan mövzu qat-qat ciddidir. Məqsəd yalnız “Arsax”ın tərksilah edilməsindən gedir.
Əminəm ki, “Ermənistan Silahlı Qüvvələrinin bölmələri” deyəndə “Arsax”da yerləşən hərbi texnika nəzərdə tutulur və onların çıxarılması Azərbaycan tərəfinin çoxdan irəli sürdüyü tələblərdən biridir”, - deyə o, qeyd edib.