Prezidentdən mühüm dəyişikliklər: PA-da yeni struktur islahatı və təyinatlar oldu - TAM SİYAHI

1-06-2017, 19:34           

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında ciddi dəyişikliklərə start verib.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Prezidenti Administrasiyasında yeni struktur formalaşdırılıb.

Bununla yanaşı, Prezident tərəfindən yeni təyinatlar həyata keçirilib.

Həmin dəyişiklik və təyinatları təqdim edirik:

– Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri – Ramiz Mehdiyev

– Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Cəmilə Abbasova

– Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi – Altay Həsənov

– Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azər Əmiraslanov

– Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev

– Prezidentin hüquq- mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov

– Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov

– Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov

– Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Əsədov

– Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov

– Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə

– Prezidentin mətbuat katibi – Azər Qasımov

– Prezidentin protokol xidmətinin rəisi – Elçin Bağırov

– Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – Tələt Məcidov

– Dövlət nəzarəti şöbəsinin müdiri – Eldar Nuriyev

– Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri – Yusif Məmmədəliyev

– Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri – Şahin Əliyev

– Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Süleyman İsmayılov

– Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri – Səadət Yusifova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.