ŞOK: Elşad İsgəndərovun adı yenidən FETÖ işində - Bakıya dosya göndərilə bilər

6-06-2017, 18:29           
ŞOK: Elşad İsgəndərovun adı yenidən FETÖ işində - Bakıya dosya göndərilə bilər
Qardaş Türkiyədə terrorçu təşkilat - FETÖ üzvlərinin yaxalanması istiqamətində sərt addımlar davamlı olaraq həyata keçirilir, bu gün də baş tutub. Amma keçən həftə FETÖ işi ilə əlaqədar həyata keçirilən həbslərdən biri xüsusi olaraq diqqətləri çəkmiş oldu. Söhbət Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arınçın kürəkəninin həbsindən gedir.

DİA.AZ bildirir ki, Bülənt Arınçın kürəkəni Əkrəm Yeter FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Ankaradakı evində tutulan Ə. Yeter prokurorluq orqanlarına təhvil verilib. Onu da qeyd edək ki, Bülənt Arınç zamanında hazırki AKP iqtidarının əsas ideoloqlarından biri olmaqla yanaşı, həm də bel sütunu hesab olunurdu və onun Azərbaycanda da geniş əlaqələrinin olması danılmaz faktdır.

DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyalardan isə aydın olur ki, konkret olaraq Əkrəm Yeterin Azərbaycanda son günlərə qədər dostluq etdiyi şəxslər də olub.

Mənbənin dia.az-a söyldikləri: "Əkrəm Yeterin Azərbaycanda dostluq etdiyi şəxslərdən biri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərovdur. Elşad İsgəndərovla bağlı Türkiyədə çox ciddi ittiham xarakterli dosya hazırlanır. Ola bilsin ki, bu sənədlər rəsmi Bakıya təqdim olunsun".

Əlavə bilgilərimiz olacaq. DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.