Eldar Mahmudovun qohumu cəzaçəkmə müəssisəsinə köçürüldü - “Rabitə işi”
20-12-2017, 20:26
“Rabitə işi” üzrə həbs edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyin ( BTRİB)-in sabiq rəisi Beytulla Hüseynov cəza çəkmə müəssisəsinə köçürülüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Beytulla Hüseynov saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə etap edilib.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
Onu da qeyd edək ki, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib.
Xatırladaq ki, Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.