Bakıda cümlə tıxaclara bais olan səbəb nədir ? – Foto/Reportaj

30-03-2018, 21:07           

Bakı yenə tıxacların ağuşundadır. Şəhərin küçə və prospektlərində tıxacların olmadığı gün yoxdur.

Sürücülər bir ara sevinmişdilər ki, çətinliklər geridə qaldı. Ancaq sən saydığını say, gör aidiyyatı qurumlar nə sayır…

► Bir tunelin üzündən…

Ona görə də kimisi tıxaclardan şikayətini sosial şəbəkələrdə yazır, kimisi də yollara deyinə-deyinə sürürlər. Xüsusən də son vaxtlar Ziya Bünyadov prospektində, aeroport yolunda tıxaclar olur.

Bu da öz ağırlığını Zabrat yoluna, Bakıxanov qəsəbəsinə gedən istiqamətə, Komsomol dairəsinə salır.

Günün səhər 10-11 və 17 radələrində isə Dərnəgül yolundan “Koroğlu” metrosuna gedən körpünün üstündə və Komsomol dairəsindən Sabunçu dairəsinə gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır, fasilələrlə avtomobillərin hərəkəti bərpa olunur.


Bu cümlə tıxaclara bais olan səbəb isə Z.Bünyadov prospektindən aerport yoluna yeni tunel çəkilməsidir.

Bundan sonra sürücülər Dərnəgül yolundan gələrkən metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən olimpiya stadionu yaxınlığından havva limanın gedən şosseyə çıxacaqlar.

Bu da həm yolun qısalması, həm də tıxacların müəyyən qədər aradan qalxmasına gətirib çıxarmalıdır.

Ancaq hazırda olimpiya stadionu yaxınlığında gedən tunelin tikinti işləri şəhəri qatıb-qarışdırıb, hər gün nəqliyyatın sıxlığına, tıxaclara səbəb olub.

► İki prospektin məşəqqəti

Nəticədə həm H.Əliyev prosektinə, həm Z.Bünyadov prospektinə gedən yollarda tıxaclar gündəlik vərdişə çevrilib.

Bakı kəndləri və ya hava limanından gələn sürücülər isə alternativ yol kimi yalnız Bakıxanov qəsəbəsinin içərisindən və yaxud olimpiya stadionunun içindən açılan ayrıca yoldan istifadə etməyə çalışırlar.

Ancaq bu da hər iki yolda yüklənməyə və tıxaclara gətirib çıxarır. Əsasən də günün pik saatlarında vəziyyət gərginləşir.

Yol polis əməkdaşları isə dəhşətli tıxaclar olmasın deyə “Koroğlu” metrosuna düşən körpüdə hərəkəti məhdudlaşdırır, növbə ilə maşınları buraxırlar.

Sürücülər isə hər gün tıxacların olmasından cana doyublar. Son 1 aydan çoxdur ki, bu vəziyyətin davam eləməsi şəhərin nəqliyyat nizamını pozub. Tunelin tikinti isə hələ sentyabra qədər davam edəcək…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.