Avrasiya Universitetindən reaksiya - Şəfayət Əliyev:”Namizədliklə bağlı professorun hələki bir qərarı yoxdur,əgər belə bir qərar olsa mütləq cəmiyyət məlumatlandırılacaq”

1-09-2015, 22:06           

teref.azya Avrasiya Universitetinin mətbuat xidmətindən reaksiya.
Şəfayət Əliyev:”Namizədliklə bağlı professorun hələki bir qərarı yoxdur,əgər belə bir qərar olsa mütləq cəmiyyət məlumatlandırılacaq”
“Tərəf” qəzetinin bu gün yaydığı məlumatla bağlı Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri açıqlama verib.
Belə ki,sözügedən universitetin rektoru professor Nazim Hüseynlinin millət vəkili seçkilərində iştirak edib etməyəcəyi ilə bağlı bir qərarın hələki olmadığını deyən mətbuat katibi yazıdakı bəzi məqamlara da aydıqlıq gətirib: “Əgər tələbə hər hansı bir səbəb üzündən dərsləri buraxırsa və universitetə əsaslanmış sənəd təqdim edirsə əlbəttə ki,ona yazılan qayıblar üzrlü hesab edilir.O ki, qaldı bu arayışlar heç bir əsas vermir ki,tələbə buraxdığı dərsləri yenidən mənimsəməsin.Bunun üçün yay məktəbi var . Yuxarı kurslar isə aşağı kurslarla həmin buraxılmış dərsləri dinləməlidir.”Belə bir cəfəng fikirləri iddia edənlərə məsləhət görərdim ki,boloniya təhsil sisteminin qaydalarını mükəmməl oxusunlar.Tələbə arayış təqdim edir deyə buraxdığı dərslərdən azaddır deyə bir qanun yoxdur.. ”
Şəfayət Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.