Azərbaycan şirkəti Ermənistanın internet trafikinin 85 faizini alır - ŞOK
2-09-2015, 14:43
Azərbaycanın aparıcı internet-provayderi “Azeronline” Gürcüstanın iri internet-provayderi “Caucasus Online” şirkətinin 1200 kilometrlik optik-lifli kabelini almağa maraq göstərir.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda gürcü mətbuatı məlumatlı mənbələrə əsasən yazır.
“Kviris palitra” qəzetinin yazdığına əsasən optik-lifli kabel “Caucasus Online” şirkəti tərəfindən 2008-ci ildə Qara dənizin dibindən çəkilib və qısa yolla Avropadan Qafqaz respublikalarına internet əlaqəsini təmin edir.
Bu kabel vasitəsilə Ermənistanda internetin 85 faizi, Azərbaycanda 50 faizi, Gürcüstanın özündə isə 55 faizi təmin olunur.
Gürcüstan mətbuatının yazdığına görə, Azərbaycanın bu kabelə maraq göstərməsi təəcüblü deyil. Çünki tam yüklənmə halında kabel yaxşı gəlir gətirə bilər. Eyni zamanda Ermənistanın internetinin 85 faizinə nəzarət də Azərbaycana keçmiş olacaq, bu isə Ermənistana aid informasiyalara nəzarət etmək imkanı verəcək.
Qəzet yazır ki, bu baxımdan Azərbaycan şirkətinin kabelə maraq göstərməsinin siyasi motivləri var.