Səbailin də icra başçısı dəyişdirildi - Yeni təyinatlar - 3 rayonun başçısı dəyişir

2-09-2015, 21:42           
 Səbailin də icra başçısı dəyişdirildi - Yeni təyinatlar - 3 rayonun başçısı dəyişir
Dünəndən mətbuatda icra başçısı postlarında mühüm dəyişikliklərlə bağlı yayılan məlumatlar təsdiqini tapmaqdadır. "Qafqazinfo" xəbər verir ki, bu saatlarda sözügedən dəyişikliklərlə bağlı sərəncamlar açıqlanacaq.

Redaksiyamıza daxil olan informasiyaya görə, icra başçısı vəzifələrində dəyişikliklər bu şəkildə baş tutub. Belə ki, dünəndən Sumqayıt şəhər icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.

Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeron icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz müavinlərindən birinin gətirildiyi deyilir.

Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru