Elmar Vəliyev generalın dəfnində Gəncə polis qarnizonunun iştirakına icazə verməyib

5-09-2015, 21:50           
Elmar Vəliyev generalın dəfnində Gəncə polis qarnizonunun iştirakına icazə verməyib
Dünən polis generalı Rasim Musayev dəfn olundu. Mərasimdə başda daxili işlər naziri cənab Ramil Usubov olmaqla demək olar ki, DİN-in bütün rəhbər heyəti iştirak edib. Məlumat üçün bildirək ki, Rasim Musayev DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ildə Gəncənin icra başçısı Elmar Vəliyevlə aralarında yaranan mubahisədən sonra o öz xahişi ilə tutduğu vəzifədən azad olundu. O vaxt mətbuatda dərc olunan məlumatlara görə, Gəncə icra hakimiyyəti tərəfindən keçirilən tədbirdə şəhidlərin məzarını ziyarət edərkən Rusiyadan gələn şəhid ailəsinin üzvü olan bir xanım tədbirdə çıxış edərək Elmar Vəliyevin ünvanına kəskin ifadələr işlədib.Qafqaznews.az bildirir ki, həmin anda Elmar Vəliyev Gəncə Şəhər Polisinin o zamankı şefi Rasim Musayevə əmr edib ki, o qadını saçından sürütdəyərək maşına basıb polis idarəsinə aparsın. Ancaq polis rəisi rədd cavabı verib. Tədbirdən sonra başçı polis rəisini, prokuroru otağına yığaraq orda polis rəisini söyüb və …əvəzində rəis tərəfindən bir kəlləyə məruz qalıb. … Köhnə ədavəti unutmayan Elmar Vəliyev generalın dünənki dəfn mərasiminə öz nümayəndəsini göndərib ki, çəkiliş aparsın. Gəncə icra hakimiyyətinin Həsən adlı əməkdaşı generalın hüzür mərasimində iştirak edərək orada gizli çəkiliş aparıb. Həmin çəkiliş “Whatsapp” vasitəsilə Gəncə icra başçısının 1-ci müavini Naqif Həmzəyevə göndərilib. O isə Elmar Vəliyevə göstərib. Dünən mərasimə qatılmaq istəyən Gəncə polis qarnizonunun işçilərinə Elmar Vəliyev tərəfindən qadağa qoyulub ki, bir adam mərasimdə iştirak etsə, Gəncəyə qayıtmasın. Elmar Vəliyev tərəfindən hədələndiklərinə görə Gəncə qarnizonunun əməkdaşları öz keçmiş rəisləri ilə vidalaşmağa gələ bilməyiblər. Çəkiliş vasitəsilə Elmar Vəliyevə hüzrdə Gəncədən kimlərin iştirak etdiyi məruzə olunub. Qeyd edək ki, Qafqaznews.az-a daxil olan məlumata görə Gəncə camaatı onun yerinə idarə rəisi təyin olunan Faiq Şabanovun qanunsuz əməllərindən cana doyaraq tez-tez Rasim Musayevin yanına gələrək ondan kömək istəyiblər. Ancaq artıq Musayev haqq dünyasındadır. Redaksiyadan: Faiq Şabanova bir sual vermək istəyirik: Sizin naziriniz Elmar Vəliyevdi? Əgər belə deyilsə, dünənki mərasimdə Faiq Şabanov başda olmaqla Gəncə polis qarnizonu niyə iştirak etməyib?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.