Sumqayıt icra başçısı ilə bələdiyyə sədrinin savaşı başladı -"Əbülfəz müəllim, bu illərdə hansı ciddi iş görmüsünüz?"

9-09-2015, 22:04           
Sumqayıt icra başçısı ilə bələdiyyə sədrinin savaşı başladı -"Əbülfəz müəllim, bu illərdə hansı ciddi iş görmüsünüz?"
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin idarə müəssisə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

teref.az xeberle.com-a istinadən xəbər verir ki, bugünkü şəhər müşavirəsində görülən işlərlə bağlı qısa hesabatla çıxış üçün növbəti söz Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babyevə verilib. O, qısa olaraq şəhər bələdiyyəsinin son vaxtlar gördüyü işlərindən danışıb. Lakin şəhər bələdiyyəsinin işi də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu qane etmədiyindən Əbülfəz Babayevi tənqid edib, bu bələdiyyəni 11 il əvvəl qoyub getdiyi bələdiyyədən ciddi şəkildə fərqləndiyini – gerilədiyini, bir sözlə əvvəlki müsbət imicin məhv olduğunu deyib:

"Əbülfəz müəllim, bu illərdə hansı ciddi iş görmüsünüz, hansı yolları təmir etmisiniz?! Mən şəhər bələdiyyəsində sədr olanda vəziyyət tam fərqli idi. Yəqin Abşeron rayonunda bələdiyyələrin şəraitindən xəbərdarsız, məsələn, Masazır bələdiyyəsinin özünün şəxsi ikimərtəbəli binası mövcuddur, amma sizdə isə... Bağlar yolu, qəbiristanlıq yolu bərbad gündədir, 17, 18, 33 saylı marşrutların yolları dəhşət saçır, avtomobillər, avtobuslar o yollarda sınıq-salxaq olur. Bağların yollarında zibillik əlindən tərpənmək mümkün deyil. Nədənsə başlamaq lazımdır, məsələn, 18 saylı marşrut avtobusun yolundan başlayın. Sizə 10 gün vaxt verirəm bu yolun təmiri üçün”, - deyə icra başçısı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.