“Sovetski” bir ailənin başına bəladır

11-09-2015, 16:10           

teref.az Gundəmxəbər qəzetinə istimadən yazır.

“Sovetski” sökülür xəbəri çıxana qədər Hüseynovlar ailəsi sakit, ailə başçısı olan Rəşadın əlinin zəhməti ilə dolanan bir ailə idi. Lakin o söküntü əmri çıxandan və bu işlər oliqarx məmurlara həvalə olunandan Hüseynovlar ailəsinin bəlaları başladı.
Ailə başçısı Hüseynov Rəşad Həsənağa oğlu, qaynanası Həsənova Şəlalə Əlifağa qızı və həyat yoldaşı Hüseynova Fəridə İmanverdi qızı iki uşaqları ilə birlikdə “Sovetski”-də kiçik bir evdə yaşayırdılar. Düzdür ev balaca olsada onları qane edir və onlar həyatlarından razı idilər.
Onu da deyim ki, Rəşadın qaynanası Şəlalə xanım, həyat yoldaşı Fəridə xanım, oğulları Hicat və Nihat talesemiyya xəstələridirlər. Yəni onlar dövlət qayğısında olan insanlardırlar. Onlıarın dərmanlarını dövlət verməlidir. Əgər onlara vaxtında qan köçürülməsə onların həyatda qalması mümkün deyil.
Onların evinə gələn kriminal yönlü dəllallar onlardan evi boşaltmağı tələb edirlər. Lakin onların verdiyi pulla onlar küçələrdə qalmalı olacaqdılar. Ailə razı olmur.
Rəşadı və ailəsini dəfələrlə təhdid edirlər. Nəməlum adamlar onu güdür, ona naməlum nömrələrdən zənglər gəlir, iki dəfə onun üstünə naməlum adamlar hücum edib döyürlər.
Qonşuları ilə Rəşadda aksiyalara çıxır. Martın 3 də aksiya zamanı onuda bir necə cavan uşaqlarla həbs edirlər. Naməlum polis məntəqəsində gecəni döyürlər ki, evini boşald və bir də aksiyalara qoşulma. Yoxsa ailənin başına oyun gətirəcəyik. Uşaqlarına dərman verilməyəcək. Özünündə cibinə narkotik atıb tutacayıq. Lakin Rəşad razı olmur. Onu səhər buraxırlar və tapşırırlar ki, heç kimə bir söz deməsin. Yoxsa işi pis olar. Qonşularının dediyinə görə səhər Rəşad gələndə vəziyyəti çox pis idi.
Lakin ondan əl çəkmirlər. Gündə polis sahə müvəkkili min cür bəhanə ilə onu çağırır məntəqəyə. Onun uşaqlarını kücəyə çıxanda naməlum adamlar qorxudur. Özünü isə necə dəfə döyürlər. Uşaqlarının qorxusundan səsini çıxarda bilməyən Rəşad hara üz tuytacağına kimə şikayət edəcəyini bilmir. Hər gün qorxu var ki, kimsə uşaqlarına nəsə edər. Öz həyatı da təhlükə qarşısında. Bu başa bəla evə görə həyatı təhlükədə olan bir ailənin taleyi belədir.
Gundemxeber qezeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.