Yaşıdları dərsə, o qəbrə getdi... - Dəhşətli intiharın təfərrüatı - FOTO

16-09-2015, 09:09           

“Bu gün səhər dərslərin başladığı bir vaxtda biz İsməti torpağa tapşırdıq”

Bunu azvision.az-a açıqlamasında İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov bu gün məktəb formasına görə intihar etdiyi deyilən 7-ci sinif şagirdi Əsədov İsmət Qismət oğlunun ölümündən danışarkən deyib.

O, İsmət Əsədovun psixi probleminin olmadığını söyləyib. Bildirib ki, mətbuatda İsmətin ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil.
Direktorun sözlərinə görə, İsmətin ailəsinin heç bir maddi çətinliyi olmayıb. “İsmət normal uşaq idi. Onun heç nəyə ehtiyacı yox idi. Deyirlər guya o məktəbli formasına görə özünü öldürüb. Bu, doğru deyil. Onun ailəsinin imkanı da normaldır. Bir forma ala bilməyəcək insanlar deyillər.

Yaşıdları dərsə, o qəbrə getdi... - Dəhşətli intiharın təfərrüatı - FOTOİsmətin atasını hamı zəhmətkeş və yaxşı insan kimi tanıyır. Ailəsində heç bir problem də olmayıb. Valideynləri də bilmirlər İsmət niyə canına qıyıb. İsmət çox sakit uşaq idi, nadincliyi də yox idi”.

Yaşıdları dərsə, o qəbrə getdi... - Dəhşətli intiharın təfərrüatı - FOTODirektorun sözlərinə görə, İsmətin dərsə davamiyyəti və bilik səviyyəsi yüksək olub: “Valideynləri əllərindən gələni edirdilər ki, uşaqları yaxşı təhsil alsın. İsmət bu gün yaşasaydı, 7-ci sinifə keçəcəkdi. Hadisə dünən axşam saatlarında olub. İndi onun ölümü ilə bağlı çox sözlər danışırlar. Mən İsmətin valideynləri ilə də görüşdüm. Onlar mənə bildirdilər ki, İsmətin məktəb paltarı ilə bağlı problemi olmayıb. Ailəsi onun üçün məktəb paltarı alınıbmış”.

E.Məmmədov İsmətin ölüm səbəbinin hazırda araşdırıldığını deyib.

“Onlar İsmətin ölüm səbəbini bilmədiklərini dedilər. Atası mənə and içərək dedi ki, uşağın paltar və başqa heç bir problemi olmayıb. Bacısı da bizim məktəbdə 8-ci sinifdə oxuyur. Mən onunla da danışdım. İsmətin boğazında ip izi olmayıb. İp izləri onun çənəsinin altında idi. Həmin iplər isə sintetik və çox nazikdir. Onlar həyətdə heyvan saxlayırlar. Həmin iplədə heyvanı bağlayırlarmış. Deyilənə görə, İsmət oynayan zaman həmin iplə boğulub. İp izləri İsmətin çənəsi ilə boğazının arasında olub”.

Qeyd edək ki, bu gün ölkə mətbuatında İsmətin ölüm səbəbləri ilə bağlı bir neçə fərziyyə irəli sürülüb. Bəzi saytlar onun məktəb paltarı olmadığına görə intihar etdiyini, digərləri isə İsmətin nervoloji xəstəliyinin olduğunu iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.