Sentyabrın 15-də bir qrup şəhid ailəsi Milli Məclisin önündə etiraz aksiyası keçirib. Şəhid ailələrinin şikayəti dövlət icbari siğorta pulunun onlara ödənilməməsidir. Ailələri narahat edən həm də onlara dövlətin laqeyd yanaşmasıdır. Şikayətçilər bildirir ki, Avropa oyunlarından sonra onlara icbari siğorta pullarının ödənilməsini vəd versələr də, məsələ ilə bağlı heç bir tədbir görülməyib. Milli Məclisin qarşısında toplaşan şəhid ailələri noyabrın 1-də keçiriləcək seçkiləri boykot edəcəkərini bildiriblər.