Deputata yaraşmayan hərəkət — Zahid Orucdan çirkin reklam

20-09-2015, 21:28           

Təbliğat-təşviqat kampaniyasına start verilməsə də, deputatlığa namizədlərin sosial şəbəkələrdə reklamı çoxdan başlayıb.

Son günlər sosial şəbəkədə millət vəkili Zahid Orucun ətrafında olan şəxslər onun xəstə uşağı ziyarət edərkən çəkdirdiyi fotosunu paylaşıb.

Hər kəs kimi, bu foto Ölkə.Az olaraq bizim də diqqətimizi çəkdi. Uçuq-sökük evdə, köhnə çarpayıda xəstə yatan uşağı ziyarət edən millət vəkili Zahid Orucun bu cür ucuz reklama ehtiyacı var, ya yoxdur bunu bilmirik. Əgər lazım bilinib paylaşılıbsa, demək ki, var.

O zaman Zahid Orucdan soruşmaq lazımdır, xəstə uşağa yardım edərkən və yaxud reklam üçün fotosessiya etdirmək və bunu paylaşmaq nə dərəcədə onun deputat fəaliyyəti ilə bağlıdır?

Zahid Oruc Milli Məclisin ən fəal deputatlarından biri olduğu halda şou-biznes nümayəndələri kimi bu dərəcədə ucuz reklama getməsi bizi düşündürməyə bilmir. Fotoya baxarkən millət vəkilinin sanki muzey eksponantını izləməsi təsiri bağışlayır. Şou-biznes nümayəndələri olsa, o uşağın başın sığallayar, bəlkə qucaqlayar, hətta öpər. Zahid Oruc özünü reklam edirdisə, bunu belə bacarmadı. Necə deyərlər, sinifdə qaldı. Atalar belə yerdə deyir, ucuz ətin şorbası olmur...

Bəlkə Zahid Oruc yenə deputat seçiləcək, bunu bilmirik, ancaq millət vəkili bu cür şeylərlə də gündəmə gəlmək istəyirsə, təcili özünə PR menecer tutmalıdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.