İki məhbusun qaçmasına yardım edən polis saxlanıldı

2-08-2023, 14:48           
İki məhbusun qaçmasına yardım edən polis saxlanıldı
Rusiya polisi iki məhbusun qaçmasına kömək etməyə çalışıb.

Publika.az xəbər verir ki, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində narkotik satdığı üçün saxlanılan iki məhbusun qaçmasına kömək etmək istəyən polis saxlanılıb. Bu barədə "SHOT" Telegram kanalında məlumat yayılıb.

Bildirilir ki, cinayətkarlar Novıy Urenqoydan olan 21 yaşlı kiçik serjantı onlara qaçmağa kömək etməyə razı salıblar. Polis digər həmkarlarından bibər qazını alaraq, onlara verib.

Məhkumlara qaçışı təşkil etməkdə yardımçı olan polis əməkdaşı saxlanılıb. Onun barəsində “Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə iş başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru