İranda maşında tək qalan uşaq istidən ölüb. Bu barədə ISNA məlumat yayıb. Xuzistanda təxminən iki saat maşında tək qalan uşaq istidən ölüb. Bundan əlavə, 27 nəfər günvurma ilə əlaqədar tibb məntəqələrinə müraciət edib. Qeyd edək ki, İranın Abadan və Omidiye şəhərlərində 51 dərəcədən yuxarı temperatur qeydə alınıb.