Volqoqradda dövlət qurumunun əməkdaşı hərbi komissarlığın çağırış məntəqəsini yandırmaq istədi - FOTO

4-08-2023, 13:04           
Volqoqradda dövlət qurumunun əməkdaşı hərbi komissarlığın çağırış məntəqəsini yandırmaq istədi - FOTO
Rusiyanın Volqoqrad vilayətində Ədliyyə Komitəsinin Arxivlərlə iş üzrə məsləhətçisi vəzifəsində çalışan qadın çağırış məntəqəsini yandırmağa cəhd edib.

Mühafizəçilər Volqoqradın Deqtyarev küçəsində üzərində böyük bel çantası olan 31 yaşlı qadını görüblər. O, Qırmızı Oktyabr və Traktor Zavodu rayonlarının hərbi komissarlığının çağırış məntəqəsi ətrafında gəzişməyə başlayıb.

Ədliyyə Komitəsinin əməkdaşının gərgin və narahat olduğu açıq-aydın gözə çarpıb və o daim telefonunda qurdalanıb. Qadın özü ilə beş butulka “Molotov kokteyli”, kibrit və alışqan gətirib.

Mühafizəçilərlə ünsiyyət zamanı qadın niyyətini inkar etməyib və dərhal etiraf edib ki, çağırış məntəqəsini yandırmaq istəyib.
Hazırda müstəntiqlər onun ukraynalı kuratorlarla mümkün əlaqəsi ilə bağlı araşdırma aparırlar.

Mənbə: “Baza” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru