Azərbaycanda reklam şirkətinin rəhbəri İrana görə həbs edilib - TƏFƏRRÜAT
4-08-2023, 11:55
Azərbaycanda reklam şirkətinin rəhbəri İrana görə həbs edilib.
TEREF.AZ Lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Xəyal Şükür İranın casus şəbəkəsi ətrafında aparılan əməliyyatlar fonunda saxlanılıb.
Qeyd edək ki, Xəyal Şükür tanınmış reklam meneceridir. O, reklam şirkətinin meneceri olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Xəyal Şükür bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb.