Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda vafat edib. Bu barədə ölən körpələrin doğmaları məlumat veriblər.
Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.
Iyunun 20-si axşam Mirzabitə Abdullayeva Salyan rayon Xəstəxanasında üçəm övlad dünyaya gətirmişdi.
Onlardan ikisi ölmüşdü, birinin isə vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi. Valideynlər xəstəxanada elektrik enerjisinin kəsildiyini, aparata qoşulmuş körpələrin boğularaq öldüklərini deyirdilər. Valideynlərin bildirməsinə görə, xəstəxanada generator da xarab olduğundan qoşulmayıb.
Səhiyyə Nazirliyi isə körpələrin elektrik kəsilməsi üzündən tələf olmaları barədə deyilənləri təkzib edirdi.
Körpələrin ölüm faktı ilə bağlı Salyan rayon Prokurorluğunda CM-nin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (Report)