Fransada gənc yelləncəkdən yıxılıb öldü

7-08-2023, 12:54           
Fransada gənc yelləncəkdən yıxılıb öldü
Fransanın cənubundakı Aqd kommunasındakı əyləncə parkında attraksionlardan birində baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, hadisə 60 metr hündürlükdən yıxılmağı imitasiya edən attraksionda baş verib.

Bildirilir ki, ölən 17 yaşlı gəncdir. 19 yaşlı qız isə yelləncəkdən yıxılaraq çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis parkın direktoru da daxil olmaqla dörd nəfəri saxlayıb.
Faciənin mümkün səbəbi attraksionun qaydalar pozularaq güclü külək şəraitində işləməsidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru