Rusiyadan 9 milyonluq qızıl zəncir çıxarmaq istəyən erməni həbs edildi

8-08-2023, 00:13           
Rusiyadan 9 milyonluq qızıl zəncir çıxarmaq istəyən erməni həbs edildi
Rusiyadan 9 milyonluq qızıl zəncir çıxarmaq istəyən erməni həbs edildi
Moskvanın Vnukovo hava limanında Türkiyəyə uçan 32 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, gömrükçülər həmin şəxsi "yaşıl” dəhlizdən keçərkən saxlayıblar.

Xarici vətəndaşın çox narahat olması və havaya uyğun geyinməməsi diqqətləri üzərinə çəkib. Məlum olub ki, o, ölkədən iki kiloqramlıq qızıl zəncir çıxarmağa cəhd edib. Bu haqda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, sərnişin inandırmağa çalışıb ki, zənciri cəmi 50 min rubla alıb. Bu arada aparılan gömrük ekspertizası zinət əşyalarının 99,9%-nin 999 əyarlı qızıldan ibarət olduğunu göstərib. Zəncirin dəyəri 9 milyon rubl olaraq qiymətləndirilib (160 min azn).

Erməniyə qarşı cinayət işi başlanıb, onu 7 ilə qədər həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru