Rusiya Ukraynada yaşayış binasını vurdu: Ölənlər var – VİDEO

8-08-2023, 08:05           
Rusiya Ukraynada yaşayış binasını vurdu:
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində yaşayış binalarına iki raket zərbəsi endiriblər.

Bu barədə vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, zərbələr bir neçə dəqiqəlik fasilələrlə endirilib. Hücum nəticəsində doqquz və beşmərtəbəli binalara, həmçinin digər yaşayış evlərinə, hotelə, mağazalara və inzibati binalara ziyan dəyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak iki nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, daha dörd yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

“Rusiya terrorunu dayandırmaq lazımdır. Ukraynanın azadlığı uğrunda mübarizə aparan hər kəs insanların həyatını xilas edir. Dünyada bizimlə birlikdə Ukraynaya kömək edən hər kəs terrorçuları məğlub edəcək. Rusiya bu dəhşətli müharibədə etdiyi hər şeyə görə cavabdeh olacaq”, – Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisəni şərh edərək yazıb.

oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru