İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi

9-08-2023, 10:04           
İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi
Pakistanın Seçki Komissiyası keçmiş baş nazir və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xanın beş il müddətinə siyasətdən kənarda qalmasını təsdiqləyib.

Məlumata görə, qurum Xanın korrupsiyada təqsirli bilinməsindən sonra ona beş il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan edib.

Xatırladaq ki, avqustun 5-də İslamabad məhkəməsi Xanı dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrum edib. Cəza həm də Xanın beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tutur. Keçmiş baş nazir hökmdən qısa müddət sonra Lahordakı iqamətgahında həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru