Tanınmış cərrah boşandı - Arvadına görə xəstə uşağından imtina etdi

9-08-2023, 17:44           
Tanınmış cərrah boşandı -
Nyu-Yorkun məşhur estetik cərrahı, 72 yaşlı Hovard Sobel və həyat yoldaşı Brittney Sobel boşanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun 6 illik evliliyinin bitməsi xəbəri cəmiyyətdə şok yaradıb.

Ayrılıq xəbəri “Bıçaq altına girmək artıq bu vəziyyəti düzəldə bilməz” başlığı ilə manşetlərə çıxıb.

Cütlüyün məhkəməsi qarşılıqlı ittihamlarla uzadılıb.

Məhkəmə sənədlərinə görə, Hovard Sobel ondan boşanmaq istəyən arvadının aliment tələbinə etiraz edib. Üstəlik, boşanma səbəbləri arasında Hovard Sobelin "zorakılıq iddiası ilə ayrıldığı arvadı Birttneyi iki dəfə həbs etdirməyə cəhd etdiyi" və evinin hər yerinə təhlükəsizlik kameraları quraşdırması da var.

Cütlüyün kiçik qızlarının səhhətində çoxlu problemlər var.

Eyni zamanda boşanma vəkili olan Birttney Sobel məhkəməyə verdiyi ərizədə bu sözləri qeyd edib:

“Bu, övladının həyat tərzinə uyğun olaraq, onun aliment ödəməmək cəhdidir”.

Qeyd edək ki, boşanmaq istəyən Birtni Sobel ərinin ondan qisas almaq üçün xəstə qızının tibbi sığortasını ləğv etdiyini bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru