Yəməndə general terror aktı nəticəsində öldürüldü

11-08-2023, 00:05           
Yəməndə general terror aktı nəticəsində öldürüldü
Yəmən ordusunun briqada generalı Əbdül Lətif əl-Seyid "Əl-Qaidə" terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində öldürülüb.

Bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, generalı müşayiət edən şəxslər də öldürülüb. Hadisə nəticəsində öldürülənlərin dəqiq sayı barədə məlumat verilməyib.

Qeyd olunub ki, Yəmənin cənubunda generalın avtomobil karvanı silahlı terrorçular tərəfindən partladılıb. Qətlə yetirilən general Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətinin təhlükəsizliyin təmin edilməsinə cavabdeh idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru