Almaniyada yeddi "Tesla" avtomobili alovlanıb külə döndü

30-03-2025, 00:04           
Almaniyada yeddi "Tesla" avtomobili alovlanıb külə döndü
"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonun yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.

Oxu.Az "Spiegel"ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 03:30-da avtomərkəzin ərazisində "Tesla" markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğın təkcə avtomobillərə deyil, salon binasına da ziyan vurub - darvazalar əriyib. Zərər ilkin olaraq yüz minlərlə avro olaraq qiymətləndirilir.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru