Kərkükdə qum fırtınası: 94 nəfər boğulmaq təhlükəsi ilə üzləşib

6-05-2025, 08:08           
Kərkükdə qum fırtınası: 94 nəfər boğulmaq təhlükəsi ilə üzləşib
İraqın cənub və qərb əyalətləri başda olmaqla bir çox bölgəyə təsir edən qum fırtınası Kərkük şəhərində 94 nəfərin boğulma təhlükəsi ilə üzləşməsinə səbəb olub.

Demokrat.az xəbər verir ki, Kərkük Sağlamlıq Müdirliyindən verilən açıqlamada, şiddətli qum fırtınası səbəbindən şəhərdə onlarla insanın nəfəs darlığı yaşadığı bildirilib.

Qum fırtınası səbəbindən boğulma təhlükəsi altında olan 94 nəfər xəstəxanalara çatdırılıb.

Şəhərdə vəziyyətin nəzarət altına alındığı və xəstəxanaya yerləşdirilənlərin bəzilərinin evə buraxıldığı açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru